Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Cənubi Koreyanın yeni prezidenti xarici siyasət kursunu müəyyən edib.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, yeni prezident Li Jae-Myong hakimiyyətdə olmasının ilk ayı münasibətilə mətbuat konfransında çıxış edərək ölkəsinin xarici siyasət prinsiplərini açıqlayıb.
“Biz ABŞ və Yaponiya ilə güclü hərbi ittifaqda olacağıq. Eyni zamanda Çin və Rusiya ilə münasibətlərin mümkün qədər tez yaxşılaşdırılmasına əsaslanan milli maraqların praqmatik diplomatiyası vasitəsilə insanları və dünyanı qoruyacağıq”,- Jae-Myong deyib.
E. KAMAL