ABŞ la İran bir birinə güzəştə getmir

30.09.2026

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Qətərin bu həftə ABŞ və İran arasında diplomatik irəliləyiş əldə etmək cəhdləri uğursuz olub

Qətərin bu həftə ABŞ və İran arasında diplomatik irəliləyiş əldə etmək cəhdləri uğursuz olub. Çünki hər iki tərəf güzəştə getmək istəmir. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, əhəmiyyətli irəliləyişin olmaması iki ölkə arasında yenidən hərbi əməliyyatlar riskini artırır. Jurnalistlər ABŞ Prezidenti Donald Trampın noyabr ayında keçirilməsi planlaşdırılan aralıq konqres seçkilərindən sonra hərbi əməliyyatları bərpa edə biləcəyini ehtimal edirlər.

Nəşrin mənbələri iddia edir ki, Qətər rəsmiləri diplomatik səyləri davam etdirmək niyyətindədirlər, lakin hər iki tərəfin mövqeyindən məyusdurlar.

28 sentyabrda Qətərin İranın nüvə proqramı ilə bağlı Tehranın güzəştləri müqabilində blokadanın qaldırılmasını tələb edən kompromis təklifi müzakirə olunub. Görüşdə ABŞ vitse-prezidenti Cey.Di.Vens iştirak edib. Lakin heç bir irəliləyiş əldə olunmayıb.

“Danışıqlar çıxılmaz vəziyyətə düşüb. İran ABŞ-ın qəbul edə bilmədiyi tələblər irəli sürür və ABŞ qalib gəldiyinə inanır, ona görə də güzəştə getməyə ehtiyac yoxdur", - mənbə bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью