525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İran güclü geosiyasi mövqeyə malikdir. Buna görə də hazırda Yaxın Şərqdəki münaqişəni əlverişli şərtlərlə başa çatdırmaq mümkündür”.
525.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O bildirib ki, müharibə müəyyən bir məqamda başa çatmalıdır.
“Ən yaxşısı onu bu gün, güclü mövqedə olduğumuz, hörmət qazandığımız və bütün dünyanın qələbəmizi tanıdığı, ABŞ-ın qaydaların əksinə olaraq məktəblərimizə, xəstəxanalarımıza və infrastrukturumuza hücum etdiyini vurğuladığı indiki vaxtdır”, - Pezeşkian deyib.
Pərvanə Sultanova