Icma.az bildirir, Axar.az portalına istinadən.
ABŞ-la “Tomahavk” qanadlı raketlərin alınmasına diar danışıqlarda irəliləyiş var.
Axar.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
“Bu məsələdə irəliləyiş var, amma hələlik nəticə yoxdur. Danışıqlar yaxşı gedir və burada nəyəsə nail ola biləcəyimizə ümid edirəm. “Tomahavk” potensial düşmənlərin qarşısını almaq səylərində kritik strateji boşluğu aradan qaldırmağa kömək edəcək”, - o bildirib.