ABŞ la savaş astanasında olan ölkənin ordu rəhbəri: Son ana qədər döyüşəcəyik

18.12.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

"ABŞ-ın ölkəmizə daxil olan və çıxan bütün tankerlərin qarşısını almaq qərarı qəbuledilməzdir. Bütün dünya bilsin ki, biz ölkəmizi qorumaq gücündə vəq ətiyyətindəyik. Nəyin bahasına olursa olsun, ölkəmizi qoruyacağıq. Döyüşə hazırıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sərt bəyanatı Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez verib.

O, ordu birliklərinin müharibəyə tam hazır olduğunu təkrar-təkrar xüsusi vurğulayıb.

Venesuelanın vitse-prezidenti Delsi Rodrigez də ABŞ-ın blokada qərarına etiraz edb: "Heç bir xarici qüvvəyə pulsuz və ya oğurlanmış neft verilməyəcək. Neft  Venesuela xalqına məxsus milli sərvətdir"

Bu arada isə ABŞ Konqresi Venesuelaya mümkün hərbi müdaxilə barədə layihəni səsveerməyə qoyub və rədd qərar çıxıb.

Samir Musayev

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью