ABŞ la sülhə hazırıq Husilər

16.03.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Husilər müvafiq niyyətlərini ifadə edərsə, sülhə nail olmaq üçün ABŞ administrasiyası ilə danışıqlara başlamağa hazırdır.

Axar.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” husi liderlərindən birinə istinadla məlumat yayıb.

“Amerika təcavüzü əsassız hücum və suverenliyimizin pozulmasıdır. Danışıqlar üçün kanallar açıq ola bilər, biz həmişə dialoqu saxlamışıq. Nizamlanmaya ciddi cəhd edilərsə, sülhə hazırıq”, - qeyd olunub.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Trampın əmri ilə Yəməndəki husi qüvvələrinə raket zərbələri endirilib. Zərbələr nəticəsində 31 nəfərin öldüyü bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью