ABŞ Leonid Slutskiyə yenə viza verməyib

26.03.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Rusiya Liberal Demokrat Partiyasının və Dövlət Dumasının Beynəlxalıq Əlaqələr Komitəsinin sədri Leonid Slutskiyə yenə viza verməyib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Slutski özü bildirib.

O, ABŞ-a səfəri üçün növbəti dəfə viza ala bilmədiyini söyləyib.

Qeyd edək ki, Rusiya parlamentarilərindən ibarət nümayəndəsi heyəti ABŞ-yə səfər edib. Nümayəndə heyətinə deputatlat Nikonov, Jurova və vitse-spiker Çernışov daxildirlər. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya parlamentariləri ABŞ-a səfərlərindən əvvəl prezident Vladimir Putindən təlimat alıblar. O qeyd edib ki, Rusiya və ABŞ parlamentariləri arasında əlaqələr çox vacibdir və iki ölkə arasında donmuş münasibətlərin canlanmasına kömək edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью