Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Sabah” ABŞ-li basketbolçu Hassani Qravettlə yenidən müqavilə imzalayıb.
İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında anlaşma 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qravett daha əvvəl iki mövsüm “Sabah”ın formasını geyinib və komandanın əsas oyunçularından biri olub. O, paytaxt təmsilçisində çıxış etdiyi müddətdə iki dəfə Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün, bir dəfə isə final seriyasının MVP-si seçilib.
Qeyd edək ki, “Sabah”dan ayrıldıqdan sonra amerikalı basketbolçu karyerasını İtaliyanın “Cantu” klubunda davam etdirib.