ABŞ li idmançı 16 ay müddətinə diskvalifikasiya edilib

17.01.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Antidopinq Agentliyi gimnastika üzrə milli komandanın üzvü Yula Moldaueranı 16 ay müddətinə idmandan uzaqlaşdırıb.

"Report" xəbər verir ki, bu barədə gimnast özü sosial şəbəkə hesabında bildirib.

28 yaşlı idmançının diskvalifikasiya müddəti 2026-cı ilin yanvarına qədər qüvvədədir.

Qeyd edək ki, Y. Moldauera iki dəfə dünya çempionatının bürünc mükafatçısı olub. O,2020-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunları zamanı ABŞ yığmasının heyətində yer alıb.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью