ABŞ li milyonçu keşiş oldu

14.05.2026

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


ABŞ-li iş adamı, milyonçu Skott-Vinsent Borba dəbdəbəli həyatından imtina edərək ruhani həyata üz tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, “e.l.f. Cosmetics” kosmetika brendinin 52 yaşlı həmtəsisçisi keşişliyə başlayıb.
O, var-dövlətinə baxmayaraq xoşbəxt olmadığını, buna görə də, bütün var-dövlətini xeyriyyəçiliyə bağışladığını və ömrünün qalan hissəsini Allaha xidmətə həsr etmək qərarına gəldiyini bildirib.
“Mən lüksün təcəssümü idim. Biz “Hollivud” həyat tərzini yaşayırdıq. Mən heç də sadə bir insan deyildim”, - deyə sahibkar etiraf edib.
O, həmçinin, əlavə edib ki, sonda dəbdəbəli əşyalarını satıb və Kaliforniyanın Menlo Park şəhərindəki Müqəddəs Patrik Seminariyasında yaşamağa gedib.
O, hazırda katolik keşişi olmağa hazırlaşır.
“Mən kiçik bir otaqda yaşayıram - boşdur, içində heç nə yoxdur. Həyatım adi ehtiyaclara endirilib, amma həyatımda heç vaxt bu qədər xoşbəxt olmamışam”, - deyə o, yekunlaşdırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью