ABŞ li Olimpiya çempionu narkotik saxlamaqda ittiham olunur

24.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

ABŞ tarixinin ən titullu dağ xizəkçilərindən biri, altıqat olimpiya mükafatçısı Bode Miller narkotik vasitə saxlamaq ittihamı ilə saxlanılıb.

İdman.Biz xəbər verir ki, TMZ agentliyinin məlumatına görə, idmançı ABŞ-nin Aydaho ştatında qadağan olunmuş maddələrin və onların istifadəsi üçün nəzərdə tutulan vasitələrin saxlanılması şübhəsi ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Mənbənin bildirdiyinə görə, Miller 5 min dollar(8 500 manat) girov qarşılığında azadlığa buraxılıb.

Məhkəmə iclasının iyulun 29-na təyin olunduğu qeyd edilir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью