ABŞ li senator 25 saat fasiləsiz çıxış edərək Trampı tənqid edib

02.04.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-də demokrat senator Kori Buker 25 saat fasiləsiz və qida qəbul etmədən çıxış edərək prezident Donald Trampın yürütdüyü siyasəti tənqid edib.

Oxu.Az "Gazeta"ya istinadən xəbər verir ki, K.Bukerin çıxışı Senatın saytı vasitəsilə yayımlanıb.

Qeyd olunur ki, bu, Senatın tarixində ən uzun çıxış olub.

K.Buker bununla da 1957-ci ildə vətəndaş hüquqları mövzusunda 24 saat 18 dəqiqə çıxış edən senator Strom Turmondun rekordunu qırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью