Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampa yaxınlığı ilə tanınan respublikaçı senator Lindsi Qrem Suriyaya dair açıqlamalar verib.
"Cebheinfo.az" xəbər verir ki, əvvəlki mövqeyində hər hansı dəyişiklik olmadığını bildirən Lindsi Qrem ABŞ Senatında bu mövzuya dair “güclü və getdikcə artan ikipartiyalı maraq” olduğunu deyərək, “İŞİD-i məhv etməkdə yanımızda olan kürdləri qorumalıyıq” ifadəsini işlədib.
Senatın “real bir gücə” sahib olduğunu vurğulayan Qrem, “Bizi izləməyə davam edin” deyə əlavə edib.
ABŞ Senatının tanınmış üzvlərindən olan Lindsi Qrem ötən həftə də Suriyaya dair paylaşdığı açıqlamada “Suriya hökuməti və Türkiyə ağıllı seçim etməlidir” demiş, həmçinin “kürd müttəfiqlərimizə qarşı təkəbbürlü hücumu nə qəbul edərəm, nə də buna dözərəm” sözlərini işlətmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin