ABŞ lideri Kim Çen Inla görüş ehtimalını istisna etməyib

16.11.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşmək imkanını istisna etmədiyini bildirib.

"Report" xəbər verir ki, o, bu barədə Ağ evi tərk edərək Alyaskaya yola düşərkən jurnalistlərə bildirib.

Bununla belə, Tramp Kim Çen Inla potensial görüşünün nə vaxt və harada baş tuta biləcəyini dəqiqləşdirməyib.

Çin sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan görüşünü şərh edən ABŞ Prezidenti Donald Tramp danışıqların əsasən iqtisadi məsələlərə həsr olunacağını bildirib.

Hazırda ABŞ prezidentinin noyabrın 16-da Manilada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xüsusi sammitində və noyabrın 19-da Şençjendə Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (APEC) iqtisadiyyatları liderlərinin görüşündə iştirakı təsdiqlənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью