Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Trump İrandakı münaqişə ilə bağlı açıqlamasında vəziyyətin “çox yaxşı getdiyini” bəyan edib.
Bakıvaxtı.az-ın “LeFigaro.fr”ə istinadən verdiyi xəbərə görə, D.Trump bildirib ki, İranda gedən proseslər Vaşinqtonun planlarına uyğun inkişaf edir. O, hətta İran rəhbərliyinin məhv edildiyini iddia edərək, əməliyyatların uğurlu nəticələr verdiyini vurğulayıb. Bununla yanaşı, ABŞ prezidenti mövcud vəziyyətin qlobal enerji bazarına təsirinə də toxunub və yaxın günlərdə neft qiymətlərinin sürətlə düşəcəyinə zəmanət verib.
Ekspertlər isə bu cür açıqlamaların regionda onsuz da yüksək olan gərginliyi daha da artıra biləcəyini qeyd edirlər. Onların fikrincə, İrandakı vəziyyətin tam nəzarət altında olduğu barədə iddialar reallıqla tam üst-üstə düşməyə bilər və bu, informasiya müharibəsinin bir hissəsi kimi qiymətləndirilə bilər.
Aydın