ABŞ liderindən SƏRT ÇIXIŞ: “İranı çox böyük güclə vuracağıq”

02.04.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Biz Amerikanın bütün hərbi məqsədlərinə çox tezliklə çatmaq yolundayıq. Çox qısa müddətdə, növbəti iki-üç həftə ərzində İranı həddindən artıq böyük güclə vuracağıq”.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp televiziya çıxışında bildirib. O qeyd edib ki, İranı aid olduqları Daş dövrünə geri göndərəcəklər:

“Bu vaxt ərzində müzakirələr aparılır. Rejim dəyişikliyi bizim məqsədimiz deyildi. Biz heç vaxt rejim dəyişikliyi barədə danışmadıq, lakin, bütün liderlərinin ölümü nəticəsində rejim dəyişikliyi həqiqətən baş verib. Onların hamısı ölüb. Yeni rəhbərlik komandası daha az radikal və daha ağlabatandır. Lakin bu müddət ərzində heç bir razılaşma əldə edilməyib. Strateji hədəflərimiz var. Razılaşma olmadığı təqdirdə, biz çox sərt addımlar atacağıq. Onların bütün elektrik stansiyalarına zərbə endirəcəyik”.

Daha sonra D.Tramp əlavə edib:

“Biz hələ onların neft qurğularına zərbə endirməmişik. Bu, onlara yaşamaq və ya yenidənqurma üçün heç bir şans verməzdi. Amma biz onlara zərbə endirə bilərdik. Sonra onlar məhv ediləcəkdi və bu barədə heç nə edə bilməzdilər”.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью