Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Son aylarda ABŞ-da limanları və iri gəmiçilik şirkətlərinin sistemlərini hədəf alan kiberhücumların sayı əhəmiyyətli dərəcədə artıb. Hakerlərin limanlarda istifadə olunan kompüter sistemlərinə hər gün minlərlə hücum cəhdi göstərdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, ABŞ limanları ölkənin kritik infrastrukturuna yönələn kiberhücumların artması ilə mübarizə aparır.
Gündəlik təxminən 2,3 milyon barel həcmində ABŞ xam neft ixracının həyata keçirildiyi Texas ştatındakı Korpus Kristi limanı da hücumların hədəfindədir. Limanın kompüter sistemlərinə hər gün minlərlə hücum cəhdi qeydə alınır.
Limanın baş direktoru Kent Britton bildirib ki, hücumlar kritik infrastrukturu hədəf alan zərərli fəaliyyətlə məşğul olan ölkə və təşkilatlardan qaynaqlanır.
Aytən Yaşar/Turkustan.az