Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Amerika əsgərləri yeniləri ilə əvəz olunacaq
ABŞ rotasiya çərçivəsində Litvadan 1000-dən çox Amerika əsgəri və texnikasını çıxarmağa başlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin müdafiə naziri Robertas Kaunas deyib.
Onun sözlərinə görə, Amerika əsgərləri yeniləri ilə əvəz olunacaq. Lakin o bunun nə vaxt baş verəcəyinin hələlik məlum olmadığını bildirib.
"Qoşunlar gələcəkdə yerləşdiriləcək, bu zəmanətlidir, amma dəqiq nə vaxt, hansı qüvvə ilə, hansı həcmdə, bütün bunları elan edəcəyik", - deyə nazir qeyd edib.
Daha əvvəl dövlət katibi Marko Rubio ABŞ-ın NATO ölkələrindəki qoşunlarının mövcudluğunu tənzimləyəcəyini bildirmişdi.