ABŞ Livanın cənubunda pilot zona əməliyyatlarının başladığını elan edib

20.07.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Livanın cənubunda İsrail qoşunlarının Livan Silahlı Qüvvələri ilə əvəzlənməsini nəzərdə tutan “pilot zona" əməliyyatlarının başlandığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

"Bu gün üçtərəfli razılaşmaya uyğun və Livan üzrə Hərbi Əlaqələndirmə Qrupunun himayəsi altında Frun, Srifa və Zəvtar əl-Qərbiyə kəndlərində pilot zona əməliyyatları başlayıb", - bəyanatda qeyd olunur.

Bildirilir ki, bu zonalarda İsrail qoşunları geri çəkildikdən sonra onların yerinə Livan Silahlı Qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, ABŞ bildirib ki, İsrail ötən ay Livanla əldə olunan razılaşmaya əsasən ikinci pilot zonadan qoşunlarını çıxarmağa razılıq versə də, bu geriçəkilmə hələ baş verməyib. İsrail hərbi rəsmilərinin sözlərinə görə, bunun üçün siyasi rəhbərlikdən hələlik müvafiq göstəriş verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью