ABŞ Maduronu devirməyə hazırlaşır? Yeni iddialar

23.11.2025

Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ hakimiyyəti yaxın günlərdə Venesuela prezidenti Nikolas Maduronu devirməyə cəhd edə bilər.

Doğru.az xəbər verir ki, bu barədə Reuters agentliyi Amerika rəsmilərinə istinadən məlumat yayıb. Bildirilir ki, ABŞ Venesuelaya qarşı gizli əməliyyatların yeni mərhələsinə başlamağı nəzərdən keçirir.

Mənbənin sözlərinə görə, hazırda müzakirə edilən variantlar arasında “Maduronu devirmək cəhdi” də yer alır.

Xatırladaq ki, bundan əvvəl “The New York Times” yazmışdı ki, ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuelada gizli əməliyyatlar həyata keçirməsi ilə bağlı planı təsdiqləyib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью