Gununsesi saytına istinadən Icma.az xəbər verir.
ABŞ Venesuela prezidenti Maduro və onun hökumətini xarici terror təşkilatının üzvləri kimi tanıyıb
Gununsesi.info bildirir ki, bu barədə məlumatı CNN yayıb:
“Bu, rejimin aktivlərinə və logistikasına qarşı əlavə sanksiyaların tətbiqinə imkan verəcək. Vaşinqton hesab edir ki, təzyiqin gücləndirilməsi Maduronu istefaya sövq edəcək və ABŞ-a regionda daha çox təsir imkanları verəcək, – telekanal bildirir.
Maduro “Günəş karteli” ilə əlaqələndirilir – bu, Venesuela silahlı qüvvələri daxilində narkotik ticarəti ilə məşğul olan, ABŞ və Avropaya qaçaqmalçılıq həyata keçirən şəbəkədir”.
Qeyd edək ki, Tramp əvvəllər də Venesuela rəsmilərini narkoterrorizm, korrupsiya və qaçaqmalçılıqda ittiham etmişdi.
Xatırladaq ki, ABŞ ilə Venesuela arasında münasibətlər sürətlə pisləşir. Amerika hərbçiləri mütəmadi olaraq ölkə sahillərində gəmiləri saxlayır və noyabrda Vaşinqton narkokartellərə qarşı “Cənub nizəsi” əməliyyatına başlayaraq regiona onlarla gəmi və təxminən 15 min hərbçi göndərmişdi.
Günay Mahirqızı
Gununsesi.info