ABŞ Makron və Starmerin Vaşinqtona səfərini gözləyir | Icma.az
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmerin Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün Vaşinqtona səfərlərini gözləyir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valts Fox News-a müsahibəsində bildirib.
O qeyd edib ki, bu yaxınlarda 7 Amerika rəsmisi Avropa müttəfiqləri ilə vəziyyəti müzakirə etmək üçün Münhen də daxil olmaqla Avropaya səfər edib.
Vals əlavə edib ki, Makron və Starmerlə qarşıdakı görüşlər münaqişənin həlli üzrə gələcək işlərə kömək edəcək və növbəti addım məsələləri daha ətraflı müzakirə etmək üçün texniki qrupların yaradılması olacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu