ABŞ Malidə əməliyyat keçirəcək? Orada Rusiya hərbçiləri də var

23.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

ABŞ administrasiyası Malidə fəaliyyət göstərən və "Əl-Qaidə" ilə əlaqəli hesab olunan JNIM qruplaşmasına qarşı hərbi əməliyyat keçirmək imkanını müzakirə edir.
Bizim.Media xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.
Nəşrin yazdığına görə, Donald Tramp administrasiyasında bu məsələ ilə bağlı vahid mövqe yoxdur. Bir qrup rəsmilər hərbi əməliyyatı dəstəkləsə də, digərləri bunun mümkün nəticələrindən narahatdır.
Məqalədə qeyd olunur ki, Mali son illər Sahel regionunun əsas qeyri-sabitlik ocaqlarından birinə çevrilib. Hərbi çevrilişdən sonra ölkə hakimiyyəti Fransa və digər Qərb dövlətləri ilə əməkdaşlığı dayandıraraq Rusiyanın "Afrika Korpusu" hərbi qüvvələrini ölkəyə dəvət edib. Lakin bu addım islamçı silahlı qruplaşmaların irəliləyişinin qarşısını ala bilməyib.
Bildirilir ki, JNIM nəzarət etdiyi əraziləri genişləndirməkdə davam edir və mütəmadi olaraq Mali hökumət qüvvələrinə, eləcə də Rusiya hərbçilərinə hücumlar təşkil edir.
The Washington Post vurğulayır ki, əgər hərbi əməliyyat təsdiqlənərsə, ABŞ ilk dəfə Malidə zərbələr endirə bilər. Bu isə eyni ərazidə fəaliyyət göstərən ABŞ və Rusiya qüvvələrinin dolayısı ilə qarşıdurma riski yaratdığı üçün xüsusi diqqət çəkir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью