ABŞ martın 1 dən Venesuela ilə neft sazişini ləğv edəcək

27.02.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp Venesuelanın Vaşinqtonla imzaladığı neft hasilatı müqaviləsinin şərtlərinə əməl etmədiyini deyib və martın 1-dən etibarən bu sazişin ləğv ediləcəyini açıqlayıb.

APA xəbər verir ki, Tramp bunu “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tramp vurğulayıb ki, sazişin ləğvi qərarının səbəbi təkcə neftlə bağlı şərtlərin pozulması deyil, həm də Venesuelanın ABŞ-dən deportasiya olunmuş miqrantların geri qaytarılması ilə bağlı öhdəliklərini yerinə yetirməməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью