Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaxın Şərqdə gərginlik davam etdiyi bir vaxtda ABŞ Prezidenti Donald Tramp və İran arasında ünsiyyət və danışıqların aparıldığı açıqlanıb. Tramp bildirib ki, İranla danışıqlar başlayıb və böyük ölçüdə razılaşmaya yaxın olduqlarını düşünür.
Sherg.az xəbər verir ki, İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricani isə “süni müharibə gündəminin əksinə olaraq danışıqlarda irəliləyiş var” deyib.
ABŞ mediasında mümkün hərbi əməliyyatların bazar günü (bu gün) başlaya biləcəyi iddia edilsə də, İran tərəfi yüksək hazırlıq vəziyyətində olduğunu açıqlayıb.
Eyni zamanda Hörmüz boğazında planlaşdırılan hərbi təlimlər fonunda ABŞ və İran arasında qarşılıqlı ittihamlar səslənib.