ABŞ mediasi Trampın arvadının İlon Maska münasibətindən yazıb

07.01.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin birinci xanımı Melaniya Tramp dünyanın ən varlı adamı İlon Maskın daim Donald Trampın yanında olmasından məmnundur. 


Missiya.Az xəbər verir ki, bu barədə “PEOPLE” xüsusi məqalə yayımlayıb. 

Tramp ailəsinə yaxın mənbəyə görə, milyarderin daimi onlarda olması Melaniyanı narahat etmir. Mənbəyə görə, Melaniya Maskın Donald ilə münasibətini müsbət hal kimi qiymətləndirir.

 "Melaniya Maskın Donaldın yanında olduğuna görə xoşbəxtdir və onunla əməkdaşlıq etmək üçün hansısa layihə tapacaq" - deyən mənbə əlavə edib ki, Melaniyanın öz həyatı var və ərinin siyasi münasibətləri ilə maraqlanmır. 

Elcan
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью