ABŞ mediasında AzərbaycanınCOP29 uğurlarından yazıldı | Icma.az
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi (DFJD) tərəfindən könüllü olaraq COP29-ın xarici mediada təbliğatı davam etdirilir.
Sfera.az xəbər verir ki, növbəti olaraq DFJD-nın sədri Fuad Hüseynzadənin ABŞ-ın “Bukharian times” qəzetində “Daha yaxşı dünyaya doğru: COP29 Bakıda başlayır” başlıqlı məqaləsi dərc olunub.
Yazıda noyabrın 11-dən Bakı Olimpiya Stadionunda COP29 tədbirlərinə start verildiyi bildirilib.
Məqalədə noyabrın 12-də Bakıda COP29 Liderlər Sammitinin açılış mərasiminin keçirildiyi və burada Azərbaycan Prezidenti İlham Əliyevin nitq söylədiyi vurğulanıb.
“Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu.
Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”,-deyə dövlətimizin başçısının nitqindən sitat verilib.
Yazıda Azərbaycanın ümumi olaraq COP29 uğurları, dünya azərbaycanlılarının və QHT-lərin həmrəyliyindən bəhs olunur: “Qeyd edək ki, COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda müxtəlif QHT-lər tədbirlər keçirilər.
Tam oxu
Xəbəri oxu