Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ administrasiyası Sinqapurun “Megaspeed” şirkətini ticarət üzrə qara siyahıya daxil etməyə hazırlaşır.
“Semafor” nəşrinin məlumatına görə, qərar yaxın vaxtlarda qəbul oluna bilər.
Bildirilib ki, şirkət qara siyahıya salınacağı təqdirdə ABŞ müəssisələri “Megaspeed”ə və onun xaricdəki bölmələrinə müəyyən texnologiyaları, o cümlədən yarımkeçiriciləri yalnız hökumətin xüsusi lisenziyası əsasında sata biləcəklər.
Amerika hakimiyyəti “Megaspeed” şirkətini “Nvidia”nın baş direktoru Censen Huanq ətrafındakı qalmaqalda adı hallanan Elis Huanqla əlaqələndirir.
Noyabrın ortalarında ABŞ Ədliyyə Nazirliyinin “Nvidia” ilə bağlı bir neçə araşdırma apardığı, onlardan birinin “Megaspeed” şirkəti ilə əlaqəli olduğu bildirilmişdi.