ABŞ məhkəməsi jurnalistlərin Ag evə girişinin bərpası barədə qərar verib

24.09.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ federal məhkəməsi ölkə administrasiyasından CNN, MS NOW və “Politico”nun Ağ Evə girişinin bərpasını tələb edib. Prezident Donald Tramp bir neçə gün əvvəl jurnalistlərin Ağ Evdəki etimadnaməsini ləğv etmişdi. 

Bu barədə CNN xəbər verib.

Hakim Timoti Kelli müəyyən edib ki, Ağ Evə giriş rədd edilməzdən əvvəl mediaya bildiriş verilməyib və ya qərara etiraz etmək imkanı yaradılmayıb.

CNN-in əldə etdiyi qərarda yazıb: “Ümumi qayda budur ki, vətəndaşı Konstitusiya ilə qorunan maraqdan məhrum etməzdən əvvəl dövlət ona bildiriş verməli və onun səsinin eşidilməsi üçün fürsət verməlidir”.

Məhkəmənin qərarı sözügedən media qurumlarının Ağ Ev ərazisinə girişinin dərhal bərpa olunmasını tələb edir.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью