ABŞ məhkəməsindən tarixi “Titanik” QƏRARI

26.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ-nin Virciniya ştatının Federal Dairə Məhkəməsi “Titanik” gəmisinin qalıqlarından çıxarılan 100-dən çox tarixi artefaktın hərracda satışını dayandırıb.

“Cebheinfo.az” xəbər verir ki, qərar “RMS Titanic” şirkətinin planlaşdırdığı açıq artırmaya aiddir. Şirkət gəmi qalıqları üzərində müstəsna xilasetmə hüququna malikdir.

Hakim Rebekka Biç Smit qərarını kolleksiyanın bütövlüyünün pozulması riski və artefaktların qorunması ilə bağlı ciddi narahatlıqlarla əsaslandırıb. 

O, şirkətdən eksponatların tam inventarını və onların hazırkı vəziyyəti barədə məlumat təqdim etməyi tələb edib.

Hərraca çıxarılması nəzərdə tutulan kolleksiyaya zinət əşyaları, süfrə ləvazimatları, eləcə də “Titanik”in möhtəşəm pilləkənini bəzəmiş bürünc mələk heykəli daxildir.

ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA), arxeoloqlar və sualtı ekspedisiyalarda iştirak etmiş Fransa hökuməti artefaktların vahid kolleksiya kimi qorunmalı olduğunu bildirərək hərraca etiraz etmişdilər.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью