ABŞ Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edəcək

20.01.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edəcək.

"Report" xəbər verir ki, bunu ABŞ-nin 47-ci prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayan Donald Tramp dövlət başçısı kimi ilk çıxışında deyib.

Tramp qanunsuz miqrant axınını dayandırmaq üçün oraya qoşun göndərəcəyini bildirib.

"Bununla da biz Amerikanın tam bərpasına və sağlam düşüncə inqilabına başlayacağıq", - ABŞ Prezidenti qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью