ABŞ Meksika məhsullarına rüsum tətbiqini bir ay təxirə salıb

04.02.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Vaşinqton, 4 fevral, AZƏRTAC

Meksika və ABŞ idxal məhsullarına rüsum tətbiqini bir ay təxirə salmaq barədə razılığa gəliblər.

AZƏRTAC-ın məlumatına görə, bunun qarşılığında Meksika Prezidenti Klaudia Şeynbaum narkotik qaçaqmalçılığı ilə mübarizə üçün ABŞ-la sərhəddə milli qvardiyasının 10 min üzvünü yerləşdirməyi planlaşdırdığını açıqlayıb. Hər iki ölkə prezidenti bu bir ay ərzində rüsum məsələsi ilə bağlı danışıqlar aparmağa qərar veriblər.

Qeyd edək ki, Donald Trampın Meksika məhsullarına tətbiq edəcəyi 25 faizlik rüsum fevralın 4-dən qüvvəyə minməli idi.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью