ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərir

25.01.2025

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın administrasiyası təhlükəsizlik tədbirlərini gücləndirmək üçün Meksika ilə sərhədə minlərlə hərbçi və zirehli texnika göndərə bilər.

Lent.az xəbər verir ki, bu barədə “The Washington Post” Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

“Vaşinqton rəsmiləri ABŞ-Meksika sərhədinə minlərlə əlavə hərbçi, o cümlədən 20 tonluq “Stryker” döyüş maşınları ilə təchiz edilmiş piyadalar göndərməyə hazırlaşır”, - məlumatda deyilir.

Nəşrin məlumatına görə, Meksika ilə sərhədə ABŞ ordusunun 82-ci hava-desant diviziyasının şəxsi heyəti də daxil olmaqla ümumilikdə 10 minə qədər hərbçi göndəriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью