ABŞ Meksika sərhədinə qoşun göndərmək qərarına gəlib

02.03.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Meksika ilə cənub sərhədinə “Stryker” piyada briqadası və ordunun aviasiya batalyonunu göndərəcək.

APA xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbçilərin yerləşdirilməsi barədə qərar ölkə prezidenti və Pentaqonun rəhbəri tərəfindən verilib.

Tədbir ölkənin sərhədi bağlamaq və ərazi bütövlüyünü qorumaq üçün təhlükəsizlik əməliyyatlarının genişləndirilməsinə kömək edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью