ABŞ meri Trampı konstitusiyanı pozmaqda ittiham etdi

07.10.2025

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Çikaqo meri Brendon Conson ABŞ Prezidenti Donald Trampın administrasiyasını konstitusiyanı pozmaqda ittiham edib.

Redaktor.az xəbər verir ki, "CNN"in məlumatına görə, bu, Trampın şəhərə 300 Milli Qvardiya əsgəri göndərmək qərarından sonra baş verib.

“Bu prezident elə bir konstitusiyanı sarsıtmaq istəyir ki, biz onun uğrunda mübarizə aparmışıq”, - deyə Conson bildirib.

O, həmçinin ölkə vətəndaşlarını hakimiyyətin bu addımına qarşı “müqavimət göstərməyə” çağırıb və bunun “ümumi borc” olduğunu vurğulayıb.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью