Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 20-də Şərq vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə iyulun 21-i saat 05:00-da) İrandakı hərbi hədəflərə qarşı növbəti genişmiqyaslı zərbələr dalğasını yekunlaşdırıb.
XQ xəbər verir ki, bu barədə məlumat Mərkəzi Komandanlığın rəsmi bəyanatında yer alıb.
Məlumata əsasən, ABŞ Silahlı Qüvvələri İranın Hörmüz boğazından keçən beynəlxalq ticarət gəmilərinə qarşı hücum potensialını zəiflətmək məqsədilə ölkənin hərbi komandanlıq mərkəzlərinə, hərbi-dəniz qüvvələrinin obyektlərinə, raket və pilotsuz uçuş aparatlarının (PUA) buraxılış məntəqələrinə, habelə hava hücumundan müdafiə (HHM) sistemlərinə dəqiq zərbələr endirib.
CENTCOM-un bəyanatında vurğulanıb ki, həyati əhəmiyyətə malik beynəlxalq dəniz dəhlizi vasitəsilə ticarət gəmilərinin tranziti fasiləsiz olaraq davam edir.
"May ayının əvvəlindən etibarən Mərkəzi Komandanlığın qüvvələri təxminən 900 ticarət gəmisinin və 450 milyon barel xam neftin təhlükəsiz keçidini təmin edib. Amerika qüvvələri boğazdan sərbəst və maneəsiz istifadə etmək istəyən mülki dənizçilərə qarşı əsassız hücumlara görə İran tərəfini cavabdehlik daşımağa məcbur etmək əzmindədir", – deyə bəyanatda qeyd olunub.