ABŞ Miladsız qala bilər Reuters

09.04.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Çin məhsullarına qoyulan gömrük rüsumları ABŞ-ı Milad ağacları və bəzəklərindən məhrum edə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters”in yazısında yer alıb.

“Reuters” agentliyi Çin istehsalı olan plastik Milad bəzəkləri və ağaclarının istehsalçılarının ABŞ-dan sifarişlərin olmaması barədə xəbər verib. Əvvəllər ABŞ istehsalçıları hər il yaz aylarında Milad sifarişlərini verərdi, amma bu il vəziyyət fərqlidir. Səbəb isə ABŞ-ın Çin əleyhinə tətbiq etdiyi 104 faizlik gömrük rüsumlarıdır.

“Bu il heç bir amerikalı müştərim bircə sifariş belə verməyib”, – deyə süni Milad ağacları istehsal edən fabrikin rəhbəri bildirib.

Agentliyin məlumatına görə, ABŞ pərakəndə satışçıları hər il Çindən 4 milyard dollar dəyərində olan Milad bəzəklərinin 87 faizini alırdı. Mütəxəssislər bildirir ki, Çin istehsalçılarının qarşılaşdığı çətinliklər yalnız qiymət artımı ilə məhdudlaşmır. Eyni zamanda, bu ticarət müharibəsi ABŞ-da Milad bayramı ilə əlaqəli məhsul istehsalında və satışlarında da böyük problem yaradacaq. İstehlakçılar daha yüksək qiymət və məhdud məhsul seçimi ilə üzləşəcəklər.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью