ABŞ Milli Kəşfiyyatında kütləvi ixtisarlar Dərin dövlət təmizlənir

23.06.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Milli Kəşfiyyatının direktor vəzifəsini icra edən Bill Pulti rəhbərlik etdiyi qurumun aparatında genişmiqyaslı ixtisarlara və kadr islahatlarına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumatlı mənbəyə istinadən xəbər yayıb.
"Dərin dövlət"in (deep state) təmsilçilərinin işdən çıxarılması prosesinə start verilib", – deyə telekanalın həmsöhbəti bildirib. Mənbə qeyd edib ki, bununla o, ABŞ-da federal hökumət strukturlarında siyasi və iqtisadi proseslərə ciddi təsir göstərən kölgə qruplarını nəzərdə tutur.
 

"CNN"-in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Pultini Milli Kəşfiyyatın müvəqqəti rəhbəri təyin edərkən onun yüzlərlə əməkdaşı ixtisar edəcəyini gözləyirdi. Bildirilir ki, Pulti ötən həftə yeni iş yerinə planlaşdırılandan bir gün tez gələrək personalın tam siyahısını tələb edib.


Teleşirkətin mənbəsi dəqiqləşdirib ki, əsas ixtisarlar Milli Antiterror Mərkəzi ilə Milli Əks-kəşfiyyat və Təhlükəsizlik Mərkəzini əhatə edəcək. Hələlik kəşfiyyat idarəsinin rəhbərliyindən məsələ ilə bağlı rəsmi şərh verilməyib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью