ABŞ Milli Qvardiyası yüksək hazırlıq vəziyyətinə gətirilib

04.11.2024

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Noyabrın 5-də keçiriləcək prezident seçkiləri zamanı iğtişaşlar təhlükəsi ilə əlaqədar ABŞ-nın bir sıra ştatlarında Milli Qvardiya yüksək hazırlıq vəziyyətinə gətirilib.
Reyting.az
xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Vaşinqton və Oreqon ştatlarında seçki qutuları yandırılıb, nəticədə yüzlərlə bülleten zədələnib. Bu ştatların qubernatorları əmin ediblər ki, qvardiya seçicilərin təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarına dəstək verəcək.
Vaşinqton qubernatoru Cey İnsli deyib ki, seçki təhlükəsizliyi təhdidləri yüksək olaraq qalır və rəsmilər mümkün iğtişaşlara hazırdır.
Qubernator Tina Kotekin təhlükəsiz səsvermənin vacibliyini vurğuladığı və dinc etirazlara çağırdığı Oreqon ştatında da oxşar tədbirlər görülüb.
ELÇİN

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью