ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndə heyəti Kiyevə gəlib Doğru Xəbərlər

08.01.2025

Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.

ABŞ Milli Təhlükəsizlik Şurasının Ukrayna məsələləri üzrə direktoru Uinfild Suontonun başçılıq etdiyi nümayəndə heyəti Kiyevə gəlib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Əsas mövzulardan biri ABŞ-ın 2024-cü ildə Ukraynaya göstərdiyi yardımın nəticələrinin müzakirəsi və 2025-ci ildə müdafiə nazirliklərinin komandalarının qarşılıqlı fəaliyyətinin planlaşdırılması olub”, – departament qeyd edir.

Bundan əvvəl ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya son yardım paketini açıqlamaq niyyətində olduğunu açıqlamışdı.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью