ABŞ millisi 22:0 hesabı ilə qalib gəldi

11.02.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

ABŞ və Amerika Vircin Adaları yeniyetmələri arasında baş tutan futbol oyunu gözlənilməz hesabla başa çatıb.

BAKU.WS xəbər verir ki, matçın nəticəsi dünya futbol tarixində rekord olmasa da, iştirakçılar üçün əyləncəli anlar yaşanıb.

Oyunun əsas qəhrəmanlarından biri "Columbus Crew" klubunun futbolçusu Çeyz Adams olub. O, 7 qol vuraraq komandasının qələbəsində əsas rol oynayıb.

Bu qarşılaşma tarixə düşən 149:0-lıq Madaqaskar matçı ilə müqayisə olunmasa da, futbolçular üçün yaddaqalan olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью