ABŞ millisi CONCACAF Qızıl Kubokunda erkən pley offa çıxdı

20.06.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyunun 19-dan 20-nə keçən gecə Ostindəki (ABŞ, Texas ştatı) "Q-tu" stadionunda CONCACAF Qızıl Kuboku qrup mərhələsinin "D" qrupunda 2-ci tur çərçivəsində Səudiyyə Ərəbistanı və ABŞ yığmaları arasında oyun başa çatıb.

Oxu.Az-ın verdiyi məlumata görə, qarşılaşma amerikalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Oyunun yeganə qolunu 63-cü dəqiqədə ulduzlu-zolaqlıların mərkəz müdafiəçisi Kris Riçards vurub.

ABŞ millisi CONCACAF Qızıl Kubokunda erkən pley-offa çıxdı

ABŞ yığması qrup mərhələsinin iki turunda altı xal toplayaraq turnirin 1/4 finalına çıxışını təmin edib. Səudiyyə Ərəbistanı üç xalla ikinci yeri tutur. Haiti və Trinidad və Tobaqo milli komandalarının aktivində bir xal var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью