ABŞ millisində ciddi itki

13.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

ABŞ millisi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Kristian Pulişiç zədələnib. Bu barədə baş məşqçi Maurisio Poçettino DÇ-2026-da Paraqvayla oyundan sonra mətbuata açıqlamasında deyib.

O, amerikalı futbolçunun ayağına zərbə aldığını və bu səbəbdən onu fasilədə əvəzlədiyini bildirib. Pulişiçin son durumu tibbi müayinədən sonra bilinəcək.

ABŞ Paraqvayı 4:1 hesabıyla məğlub edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью