ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi

20.06.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi

ABŞ millisi DÇ-2026-dakı ikinci oyununda Avstraliyanı 2:0 hesabı ilə məğlub edib. 

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da ABŞ yığması son 96 ildə ən yaxşı nəticəyə imza atıb. Komanda 1930-cu ildə keçirilən dünya çempionatından sonra ilk dəfə mundialın startında ardıcıl iki qələbə qazanıb. 1930-cu ildə keçirilən ilk dünya çempionatında ABŞ millisi əvvəlcə Belçikanı, daha sonra isə Paraqvayı 3:0 hesabı ilə məğlub etməklə yarımfinala vəsiqə qazanmışdı. 

Xatırladaq ki, Maurisio Poçettinonun rəhbərlik etdiyi ABŞ millisi DÇ-2026-dakı ilk matçında Paraqvayı 4:1 hesabı ilə məğlub edib. 2 turdan sonra 6 xalı olan komanda pley-offa vəsiqəni vaxtından əvvəl təmin edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью