ABŞ miqrantları Kubanın yerləşən Quantanamo hərbi bazasına göndərməyə başlayıb

05.02.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

ABŞ səlahiyyətliləri ölkədə saxlanılan qeyri-qanuni miqrantları Kubanın Quantanamo hərbi dəniz bazasına göndərməyə başlayıb.

APA “Fox News”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt məlumat verib.

“Təsdiq edə bilərəm ki, ABŞ-dən Quantanamoya qanunsuz miqrantlarla ilk uçuşlar bu gün həyata keçirilir”, - Ağ Ev rəsmisi deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью