ABŞ “Moderna”nın yeni COVID 19 əleyhinə vaksinini təsdiqlədi

31.05.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

ABŞ-nin Qida və Dərman Vasitələrinə Nəzarəti İdarəsi (FDA) “Moderna” biotexnologiya şirkətinin COVID-19 əleyhinə yeni vaksinini istifadə üçün təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” şirkətin məlumatına istinadən bildirib.

"Moderna, Inc.” şirkəti bu gün FDA-nın COVID-19 əleyhinə yeni “mNEXSPIKE” (mRNK-1283) vaksininin təsdiqləndiyini elan edib. Vaksin 65 yaş və daha yuxarı yaş kateqoriyasından olan böyüklərin istifadəsi üçün nəzərdə tutulub", - məlumatda qeyd olunub.

Vaksini həmçinin ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzləri (CDC) tərəfindən müəyyən edilmiş ən azı bir və ya bir neçə əsas risk faktoruna malik olan 12-64 yaş arası şəxslər də istifadə edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью