ABŞ modernləşdirilmiş qırıcılarını Yaponiyaya göndərdi

15.11.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

ABŞ-ın modernləşdirilmiş F-15EX qırıcı təyyarələri Yaponiyanın Okinava adasında yerləşən Kadena aviabazasına dislokasiya edilib.

Axar.az xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb.

Bildirilib ki, bu, sözügedən modernləşdirilmiş döyüş təyyarələrinin ABŞ-dan kənardakı hərbi bazada yerləşdirilməsi ilə bağlı ilk haldır.

Məlumata görə, yaxın bir neçə il ərzində Okinavaya ümumilikdə 36 ədəd belə qırıcının göndərilməsi planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью