“ABŞ mövqeyini dəyişib, yeni dövrə qədəm qoyuruq” Makron xalqa müraciət etdi | Icma.az
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır. “Avropanın taleyini ABŞ və Rusiya həll edə bilməz” Rusiya Fransa və Avropa üçün təhlük
Hurriyyet.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində deyib.
Makron qeyd edib ki, Ukraynadakı müharibə qlobal münaqişəyə çevrilib.
Fransa liderinin dediyinə görə, Parisin “təhlükələr dünyasında tamaşaçı kimi qalması ağılsızlıq olar: “Əgər bir ölkə Avropadakı qonşusunu cəzasız olaraq işğal edə bilərsə, o zaman heç kim heç nəyə arxayın ola bilməz”.
Eyni zamanda, Makron əmindir ki, dünya “yeni dövrə” daxil olur: “Müttəfiqimiz olan Birləşmiş Ştatlar bu müharibə ilə bağlı mövqeyini dəyişib, Ukraynanı daha az dəstəkləyir və bundan sonra nə olacağına dair şübhələr yaradır.
Təhlükəsizliyimiz və rifahımız daha da qeyri-müəyyənləşib və bunu demək lazımdır: biz yeni dövrə qədəm qoyuruq”.
Makron sülh bağlandıqdan sonra bir daha Avropa qoşunlarını Ukraynaya göndərməyə çağırıb.
O, həmçinin bütün Aİ-ni qorumaq üçün Fransanın nüvə silahından istifadəsinə dair müzakirələr açmağa qərar verdiyini bildirib: “Biz Ukraynada sülh planı hazırlamışıq.
Tam oxu
Xəbəri oxu