ABŞ MQ 9 Reaper ilə İrandakı hədəflərə zərəbələr endirib

08.03.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

ABŞ "MQ-9 Reaper" pilotsuz uçuş aparatlarının İranda həyata keçirdiyi zərbələrin yeni görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, həmin PUA-lar İran ərazisi üzərində "sərbəst ov" rejimində fəaliyyət göstərir.

Bu rejim pilotsuz aparatlara əvvəlcədən müəyyən edilmiş hədəflərlə yanaşı, əməliyyat zamanı aşkar edilən hərbi obyektləri, texnikanı və ya silahlı qrupları da məhv etmək imkanı verir.

Yayılan kadrlarda ABŞ PUA-larının müxtəlif hərbi obyektlərə dəqiq zərbələr endirdiyi əks olunub. Bildirilir ki, zərbələr əsasən raket sistemləri, hərbi texnika və logistik təminat məntəqələrinə yönəldilib.

Посмотреть эту публикацию в Instagram

Публикация от @baku.ws_official

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью