ABŞ müdafiə naziri Heqsetin “Signal” proqramını ofis kompüterinə endirdiyi iddia edilir

24.04.2025

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin müdafiə naziri Pit Heqsetin ofis kompüterinə “Signal” mesajlaşma proqramını yüklədiyi iddia edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, məsələdən xəbəri olan üç nəfər Heqsetin Pentaqondakı ofisində “Signal” mesajlaşma proqramını quraşdırdığını iddia edib.

Mənbələr bildiriblər ki, o, dövlət katibi və digər yüksək səviyyəli hökumət rəsmiləri ilə daha tez koordinasiyanın yollarını müzakirə etdikdən sonra proqramı quraşdırıb.

Heqseth və onun siyasi məsləhətçilər komandasının ABŞ qanunlarını pozub-pozmadığı isə hələlik aydın deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью